MEDİA: Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır
sizinxeber.az xəbər saytı

MEDİA: Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır


Azərbaycan ərazisinin İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı istifadə olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 5-də “Middle East Eye” və “Haaretz” nəşrlərində dərc olunan, İsrailin İranla müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi barədə iddialar heç bir fakta əsaslanmayan kobud manipulyasiya nümunəsidir.

Qeyd olunub ki, sözügedən məlumatlar dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa, həmçinin regionda əlavə gərginlik formalaşdırmağa yönəlib.

Agentlik vurğulayıb ki, bu cür əsassız iddiaların yayılması məsuliyyətsiz informasiya siyasətinin təzahürüdür və ictimai rəyi çaşdırmağa xidmət edir.

Oxşar xəbərlər

MEDİA:İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə ilə bağlı iddialar açıq manipulyasiyadır
İsrail-İran savaşında Azərbaycan ərazisindən istifadə edilib?
MEDİA: İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır, CNN təkzib verməli, üzr istəməlidir
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır
XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər