Bakıda bu iki marşrutun bütün avtobusları yenilənir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
may
2026
14:48
0
0
1 385
ff aaaaaaa

Bakıda bu iki marşrutun bütün avtobusları yenilənir

31 may, 2026
14:48
1 385

Bakıda bu iki marşrutun bütün avtobusları yenilənir

13:16

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "28 May" stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, iyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır və gedişhaqqı 0,60 AZN müəyyən edilib.

***

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

AYNA-dan verilən məlumata görə, ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul