Monteneqro Aİ-nin 28-ci üzvü olmaq üçün konkret "Yol xəritəsi" hazırlayıb
Monteneqronun 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzv dövlətinə çevrilməsi məqsədi milli layihəyə çevrilib.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammitindən sonra Tivatda Aİ Şurası Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birlikdə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün Monteneqro üçün böyük bir gündür:
"Avropa İttifaqı – Qərbi Balkan ölkələri Sammitinə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Bu tədbir ölkəmizin müasir tarixində ən mühüm diplomatik toplantı kimi yadda qalacaq. İlk dəfədir ki, Avropa İttifaqına üzv dövlətlərin liderləri, Avropa institutlarının rəhbərləri, eləcə də Qərbi Balkanlardakı tərəfdaşlarımız Monteneqroda bir araya gəliblər. Müstəqilliyimizi bərpa etdikdən sonra baş tutan bu görüşə xüsusi tarixi əhəmiyyət qazandıran da məhz budur. Bu gün isə Monteneqro Avropanı öz torpağında bir araya gətirir. Bu, seçdiyimiz yolun, nümayiş etdirdiyimiz siyasi yetkinliyin və üzərimizə götürdüyümüz məsuliyyətin güclü mesajı və təsdiqidir".
Prezidentin sözlərinə görə, sammit göstərir ki, genişlənmə siyasəti yenidən Avropa İttifaqının strateji prioritetinə çevrilib:
"O, Qərbi Balkanların Avropa perspektivinin canlı, etibarlı və əlçatan olduğunu nümayiş etdirən güclü bir mesaj verir. Monteneqro üçün bu, böyük etimadın göstəricisi olmaqla yanaşı, daha böyük məsuliyyət deməkdir. 2023-cü ildə keçirilən prezident və parlament seçkiləri Monteneqronun Avropa yoluna yeni təkan, yeni enerji və yenilənmiş etibarlılıq gətirdi. Həmin vaxtdan etibarən Monteneqronun 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzv dövlətinə çevrilməsi məqsədi milli layihəyə çevrilib. Bu layihənin dəqiq vaxt qrafiki, aydın yol xəritəsi və konkret məsuliyyət mexanizmi var".
Oxşar xəbərlər
Koşta: Avropa İttifaqı Qərbi Balkan regionuna davamlı dəstəyini davam etdirəcək
Fon der Lyayen: Aİ-Qərbi Balkan sammiti Avropa tarixinin növbəti səhifəsinə həsr olunub
Pedro Sançez: Qərbi Balkan ölkələri olmadan Avropa İttifaqı tam deyil
Andrey Plenkoviç: Qərbi Balkan ölkələrinin gələcəyi Aİ daxilindədir
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
