Rubio: ABŞ Gürcüstanla münasibətlərin yaxşılaşdırılması üçün şərtlər irəli sürüb
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ Gürcüstanla münasibətlərin yaxşılaşdırılması üçün şərtlər irəli sürüb


Vaşinqton Tbilisi ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün yerinə yetirilməsi zəruri olan şərtləri müəyyən edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstanın siyasi kursu ilə bağlı əvvəllər ABŞ-nin narahatlığına səbəb olan bütün məsələlər Vaşinqton üçün aktual olaraq qalır. Bununla belə, ABŞ tərəfi artıq Gürcüstandan ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyini göstərən bir sıra müsbət siqnallar alıb.

"Biz bəzi müsbət cavablar almışıq, buna görə də hazırkı vəziyyətlə müqayisədə Gürcüstanın timsalında kursun dəyişəcəyini görməyə ümid edirik", - Rubio bildirib.

Dövlət katibi əlavə edib ki, Ağ Ev nəinki ikitərəfli münasibətlərin yaxşılaşmasını, həm də Vaşinqtonu narahat edən bir sıra məsələlər üzrə Gürcüstan hakimiyyətinin davranışının dəyişməsini gözləyir.

Oxşar xəbərlər

Gürcüstanın XİN başçısı: ABŞ hələ ölkəmizlə bağlı mövqeyini formalaşdırmayıb
Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik
Marko Rubio: ABŞ NATO-da qalacaq
Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır
Rubio: Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər