EPF: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir
“Bu gün dünyada Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Bu tarix bizə bir daha Cənubi Qafqazdakı ətraf mühit problemlərini – transsərhəd çaylarla əlaqədar vəziyyəti xatırladır. Biz Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ətraf mühitinə vurduğu zərəri faktlarla təsbit etmişik, buna dair ayrıca kartoqrafik əsər də hazırlamışıq”.
Sizinxeber.az xəbər verir ki, bunu “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov bəyan edib.
O deyib ki, Ermənistanın qoşulduğu Espoo Konvensiyasından irəli gələn öhdəliklərə əməl etməsinə həm də sülh gündəliyinin tərkib hissəsi kimi baxılmalıdır: “Biz BMT-ni, Avropa İttifaqını, həmçinin əlaqədar digər beynəlxalq qurumları vətəndaş cəmiyyətinin regional ekoloji təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasındakı transsərhəd çayların ekoloji vəziyyətinə xüsusi diqqət yetirməyə çağırırıq”.
Amin Məmmədov onu da xatırladıb ki, Araz çayı həm də İranla transsərhəd çaydır, bu baxımdan İranın da Espoo Konvensiyasına qoşulması arzuolunandır, çünki Araz çayının çirkləndirilməsinin fəsadları bu çayın aşağı axınında yerləşən ölkə kimi Azərbaycana, eləcə də Xəzər dənizinə, regiona ciddi ziyan vurur.
Oxşar xəbərlər
Koalisiya: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir
“Environmental protection first”: Ermənistan Orxus və Espo konvensiyalarının tələblərini pozmağa davam edir
Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair topoqrafik və kosmik görüntülü rəqəmsal xəritəsi hazırlanıb - FOTO
Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair rəqəmsal xəritə hazırlanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
