Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
“Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olub, indi də var”.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində xarici media orqanlarının rəhbərlərinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlər müsbət məcrada inkişaf edir.
Putin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə strateji əməkdaşlıq müqaviləsinin təkmilləşdirilməsi üçün xeyli səy göstərdiyini deyib.
O, prezident İlham Əliyevlə görüşəcəyini də açıqlayıb.
Putin Rusiyanın İlham Əliyevə Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə minnətdar olduğunu bildirib.
"Mən Azərbaycanla Rusiya arasında münasibətləri yaxşı qiymətləndirirəm. Həm siyasi, həm də iqtisadi baxımdan həmişə yaxşı münasibətlərimiz olub. Prezident Əliyev strateji qarşılıqlı fəaliyyət haqqında müqaviləyə konkret məzmun vermək üçün çox səy göstərir. Azərbaycan iqtisadiyyatına 10 milyard rubldan çox Rusiya investisiyası qoymuşuq. Humanitar məsələlərdə sıx əməkdaşlığımız var", - Putin əlavə edib.
Oxşar xəbərlər
Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazırdır
Rusiya Prezidenti: Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün dövlətlərinin maraqlarına cavab verir
Putin Prezident İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib
Putin ABŞ-la danışıqların nəticələrini yüksək qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
