Çin ordusu Skarboro rifi ərazisində patrul xidməti həyata keçirib
Çin ordusu Cənubi Çin dənizinin Skarboro rifi ərazisində patrul xidməti həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığı bildirib.
Qeyd olunub ki, dəniz və hava qüvvələri mübahisəli atol ətrafındakı sularda və hava məkanında döyüşə hazır patrul xidməti həyata keçirib. Pekin bu hərəkətləri təxribatlara və hüquq pozuntularına qarşı effektiv əks-tədbir adlandırıb.
Çinin sahil mühafizəsi həmçinin bir aydır ki, qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən gəmilərə cavab verdiyini bildirib.
Patrul Sinqapurda keçirilən "Şanqri-La Dialoq" forumu fonunda baş tutub. Filippin müdafiə naziri Qilberto Teodoro Reuters agentliyinə bildirib ki, Manila həm ərazi, həm də siyasi baxımdan Çin tərəfindən ciddi təhdid altındadır.
Qeyd etmək lazımdır ki, Panakot və ya Huanyan adası kimi də tanınan Skarboro rifi Cənubi Çin dənizindəki ən gərgin nöqtələrdən biri olaraq qalıb. Çin demək olar ki, bütün sulara iddia edir, lakin 2016-cı ildə Haaqadakı Daimi Arbitraj Məhkəməsi bu iddiaların heç bir hüquqi əsası olmadığına qərar verib. Pekin isə öz növbəsində bu qərarı tanımayıb.
Oxşar xəbərlər
Çin ordusu Filippinə xəbərdarlıq edib
Çin Filippin dəniz zonası qanununa cavab olaraq patrulları artıracaq
Çin və Filippin gəmiləri Cənubi Çin dənizində toqquşub
Çin dəniz polisi Filippin gəmisinin mübahisəli sulara müdaxiləsini qeydə alıb
Pekin: Filippin Cənubi Çin dənizi rifinə qanunsuz daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
-
Azərbaycana Avropadan turist axını 15 % artıb
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
