Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
23:30
0
0
1 119
ff aaaaaaa

Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var

26 may, 2026
23:30
1 119

Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.

Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul