Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
00:30
0
0
1 214
ff aaaaaaa

Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib

27 may, 2026
00:30
1 214

Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib

"Şir nərəsi" əməliyyatının başlanğıcından İsrail Müdafiə Qüvvələri (İMQ) təxminən 2 500 "Hizbullah" terrorçusunu məhv edib.

"Sizinxeber.az" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkə hesabında yazıb.

"Yalnız atəşkəs dövründə (Livanla - red.) 700 "Hizbullah" terrorçusu məhv edilib. Qüvvələrimiz yaşayış məntəqələrimizin yaxınlığındakı terror infrastrukturunun məhv edilməsini başa çatdırır.

İsrail Müdafiə Ordusunun qüvvələri ərazinin dərinliyində fəaliyyət göstərərək nəzarəti təmin edir və təhlükəsizlik zonasını möhkəmləndirir", - paylaşımda qeyd olunub.

Netanyahunun sözlərinə görə, Beyrutda İsrail hərbçiləri "Radvan" qüvvələrinin komandirini məhv ediblər.

"Biz pilotsuz uçuş aparatlarına qarşı həllərin irəliləməsi üçün genişmiqyaslı milli iş aparırıq. Biz "Hizbullah"a qarşı mübarizəni bir dəqiqə belə dayandırmırıq və bu mübarizə İsrail vətəndaşlarının tam təhlükəsizliyi təmin olunana qədər davam edəcək", - İsrail Baş naziri bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul