sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pakistanda polis İmran Xanın partiyasının 120 üzvünü həbs edib
Pakistan polisi sabiq Baş nazir İmran Xanın qurucusu olduğu əsas müxalifət partiyası “Pakistan Təhrike İnsaf”ın 120 üzvünü həbs edib.
Sizinxeber.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat verib.
Saxlanılmalar əksərən ölkənin Lahor bölgəsində baş verib.
Partiyanın mətbuat xidməti isə həbs olunanların sayının ən azı 200 nəfər olduğunu bildirib.
Qeyd edək ki, Pakistanın sabiq Baş naziri İmran Xan 2022-ci ildə parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində vəzifədən uzaqlaşdırılıb.
O, mütəmadi olaraq tərəfdarlarını etiraz aksiyaları keçirməyə çağırır.
Oxşar xəbərlər
Pakistanda İmran Xanın partiyasının 120 fəalı həbs edilib
İmran Xan Pakistanda parlament seçkilərində iştirak edəcək
Pakistan höküməti müxalifətlə İmran Xanın amnistiyasını müzakirə etməyi planlaşdırmır
Pakistanın keçmiş baş naziri 14 il azadlıqdan məhrum edilib
Pakistanda 33 şübhəli terrorçu həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













