Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
17:00
ff aaaaaaa

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

09 in, 2026
17:00
929

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi çempion ola bilməyib.

"Sizinxeber.az" FIFA-ya istinadən xəbər verir ki, bununla bağlı 96 illik rekord hələ də dəyişməz qalır.

DÇ-2026-da iştirak edəcək 48 komandadan 26-sına xarici baş məşqçi rəhbərlik edəcək. Bu göstərici 4 il əvvəlki turnirlə müqayisədə 26 faiz çoxdur və iştirakçı komandaların 54 faizini təşkil edir.

Bəzi əcnəbi mütəxəssislər geridə qalan 22 dünya çempionatı ərzində müəyyən uğurlara nail olublar. Qus Hiddink 2002-ci ildə Cənubi Koreya yığmasını, Luis Felipe Skolari 2006-cı ildə Portuqaliyanı, Roberto Martines isə 2018-ci ildə Belçikanı yarımfinala qədər daşımağı bacarıb.

İngiltərəli Corc Reynor 1958-ci ildə İsveç komandasını finala çıxarsa da, Pelenin lideri olduğu Braziliyaya uduzub. Avstriyalı Ernst Happel isə 1978-ci ildə Niderland yığmasının baş məşqçisi kimi finala yüksəlsə də, meydan sahibi Argentinaya yenilib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul