Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Bakıda "Classics & Supercars" festivalı başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.
İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, "Supercar"lar və idman avtomobilləri nümayiş olunacaq.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunur.
Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir.
Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Onlar özünəməxsus dizaynı və dövrünün mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır.
Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və "Supercar"lar da təqdim edilir.
Beləliklə, festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanıb. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən həmin avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərdə maraq yaradıb.
Səhər saat 11-də başlayan sərgi iyunun 6-da axşam saat 18.00-dək, iyunun 7-də isə saat 16.00-dək davam edəcək.
Oxşar xəbərlər
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır
Azərbaycan klassik avtomobil kolleksiyası Ruandada yüksək mükafata layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
