Çin lideri Rusiyaya dəstəyini ifadə edib
sizinxeber.az xəbər saytı

Çin lideri Rusiyaya dəstəyini ifadə edib


Çin Rusiya ilə münasibətlərin gücləndirilməsinə çağırıb.

Sizinxeber.az “Telegraph”a istinadən xəbər verir ki, Çin Xalq Respublikası Sədri Si Cinpin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra iki ölkənin beynəlxalq forumlarda qarşılıqlı dəstəyi gücləndirməli olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin arasındakı əlaqələr dərinləşib və iki müttəfiq yeni növ beynəlxalq əlaqələr üçün bir model rolunu oynayır.

Qeyd edək ki, Qərb media orqanlarına anonim mənbələrdən verilən məlumata görə, Çin xarici işlər naziri Van İ bir müddət əvvəl ölkəsinin Rusiyanın Ukraynada məğlubiyyətini istəmədiyini bəyan edib.

Çin XİN rəhbəri Rusiyanın məğlub olacağı halda ABŞ-ın bütün diqqətinin Pekinə yönələcəyi ilə bağlı narahatlığını ifadə edib.

Oxşar xəbərlər

Moskvada Rusiya və Çin XİN başçılarının görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Ukraynada sülh danışıqlarını dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər