Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb
sizinxeber.az xəbər saytı

Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb


Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Rusiyada rəsmi səfərdə olacaq Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında danışıqlar keçirilib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, danışıqlar zamanı Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin mövzularını, o cümlədən ən yüksək və ali səviyyələrdə təmasları, həmçinin beynəlxalq gündəmdəki ən aktual məsələləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivlərini müzakirə ediblər.

Danışıqların yekununda Sergey Lavrov və Van İ siyasi məsləhətləşmə planı imzalayıblar.

Qeyd edək ki, ÇİN XİN başçısını bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə qəbul edəcək.

Oxşar xəbərlər

Moskvada Rusiya və Çin XİN başçılarının görüşü keçiriləcək
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Rusiya və Ermənistan XİN rəhbərləri görüşüb
Putin Kremldə Şimali Koreyanın xarici işlər nazirini qəbul edib
Şimali Koreya xarici işlər naziri Moskvada səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər