ABŞ-ın daxili təhlükəsizlik naziri restoranda qarət edilib
sizinxeber.az xəbər saytı

ABŞ-ın daxili təhlükəsizlik naziri restoranda qarət edilib


ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtonun mərkəzində yerləşən restoranda qarət edilib

Sizinxeber.az xəbər verir ki, bu barədə "CNN" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 20-də, axşam saatlarında "Capital Burger" restoranında nahar zamanı baş verib.

Nazirin təhlükəsizliyini təmin edən xüsusi xidmət orqanlarının əməkdaşları artıq müşahidə kameralarının görüntülərini araşdırıblar.

Kadrlarda tibbi maska taxmış naməlum ağdərili şəxsin nazirin çantasını götürərək restorandan çıxdığı görünür.

Oğurlanmış çantada Kristi Noemə məxsus sürücülük vəsiqəsi, dərman preparatları, mənzil açarları, pasport, DHS (Daxili Təhlükəsizlik Departamenti) keçid kartı, kosmetik ləvazimatlar və təxminən 3000 ABŞ dolları nağd pul olub.

Hadisə ilə bağlı araşdırmalar başlayıb.

İstintaq çərçivəsində nazirə məxsus maliyyə vasitələrinin istifadəsi izlənilir.

Oxşar xəbərlər

Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırılıb - FOTO - YENİLƏNİB
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırılıb - FOTO - VİDEO - YENİLƏNİB-1
Harvard Universitetinin 2,7 milyon dollarlıq qrantı ləğv edilib
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər