Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırılıb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırılıb - FOTO - YENİLƏNİB


Xırdalandakı "PakFırın" restoranının tüstü bacasında yağ qalıqları yanğın təhlükəsinə səbəb olub.

Bu barədə Sizinxeber.az-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükə qısa müddətdə aradan qaldırılıb.

***

19:42

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

Sizinxeber.az xəbər verir ki, Xırdalanda "PakFırın" restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Qeyd edək ki, adıçəkilən restoran hündürmərtəbəli yaşayış binasının altında yelrəşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər

Bakıda restoranda yanğın olub
Bakıda yaşayış binasındakı restoranda yanğın olub
Bakıda yaşayış binasındakı restoranda yanğın olub - VİDEO
Bakıda restoranda və kafedə yanğın olub
Tovuzda restoran yanıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər