KİV: Tramp administrasiyası Ukrayna iqtisadiyyatına nəzarəti etmək istəyir
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarətini təmin edəcək sazişi imzalaması üçün təkid edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə ABŞ xüsusilə Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir metalları və liman tikintisində iştirakda birincilik əldə etməyə çalışır.
Qəzet qeyd edir ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.
Analitiklər deyirlər ki, ABŞ-ın yeni tələbləri xüsusilə prezident Donald Tramp və Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.
Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində layihələrin siyahısını təqdim etməlidir.
Oxşar xəbərlər
KİV: Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
KİV: Ukrayna ABŞ ilə nadir metallar barədə sazişinə düzəlişlər edə bilər
Zelenski Ukraynanın yeraltı sərvətləri ilə bağlı sazişi imzalamaq üçün fevralın 28-də ABŞ-yə səfər edəcək
Ukrayna Zelenski-Tramp görüşü üçün hazırlıqlar görür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













