ABŞ Ukraynanın Rusiya ilə danışıqlarda iştirakına təminat verib
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynanın Rusiya ilə danışıqlarda iştirakına təminat verib


ABŞ rəsmiləri Ukraynanı Rusiya ilə danışıqlarda iştirak edəcəyinə inandırmağa çalışıblar.

Sizinxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

ABŞ dövlət katibi Marko Rubio Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinə bildirib ki, Vaşinqton Kiyevi danışıqlardan kənarlaşdırmaq niyyətində deyil və bu addımı axmaqlıq hesab edir.

Bu barədə nəşrə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edən diplomatlar bildiriblər.

Daha sonra ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların aparılacağına, ABŞ-nin vasitəçi kimi çıxış edəcəyinə aydınlıq gətirib.

Bununla belə, Kelloq Avropa liderlərinə qarşı daha sərt mövqe tutaraq, onların danışıqlar masasında iştirakının çətin olduğunu deyib.

Oxşar xəbərlər

Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər
Keyt Kelloq fevralın ortalarında Ukraynaya səfər edəcək
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Patruşev: Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır
Rusiya Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle