ABŞ-nin vitse-prezidenti: Vaşinqton Ukraynada bir neçə illik yox, uzunmüddətli sülhə nail olmağa çalışır
sizinxeber.az xəbər saytı

ABŞ-nin vitse-prezidenti: Vaşinqton Ukraynada bir neçə illik yox, uzunmüddətli sülhə nail olmağa çalışır


Birləşmiş Ştatlar Ukraynada bir neçə illik yox, uzunmüddətli sülhə nail olmağa çalışır.

APA xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Vens Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra jurnalistlərə deyib.

“Biz müharibənin dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra yeni münaqişəyə səbəb olmayan, davamlı sülhə nail olmağa çalışırıq. Birlikdə buna necə nail ola biləcəyimizi müzakirə etdik. Və şübhəsiz ki, qarşıdakı günlərdə, həftələrdə, aylarda daha çox müzakirəmiz olacaq”, - ABŞ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, prosesə ABŞ dövlət katibi Mark Rubio və ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq cəlb olunub.

Oxşar xəbərlər

Zelenski: Kiyev müharibəni dayandırmaq üçün ABŞ administrasiyası ilə birgə işləməyə davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Sülhə nail olmaq üçün ABŞ, Aİ və Avropa ölkələri arasında birliyə ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın xüsusi nümayəndəsi: Ukraynada münaqişənin nizamlanması üzərində işləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər