Azərbaycan beynəlxalq investorları "yaşıl enerji" sahəsində tərəfdaşlığa dəvət edir
Azərbaycan təkcə investisiya potensialını nümayiş etdirmir, həm də İslam İnkişaf Bankı (İsDB) Qrupunu, dünyanın hər yerindən çoxtərəfli inkişaf banklarını və ixrac-kredit agentliklərini, suveren investorları, kommersiya bank strukturlarını, developerləri və texnologiya şirkətlərini əməkdaşlığa dəvət edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunmuş Azərbaycanın investisiya perspektivlərinə dair forumda çıxışı zamanı bildirib.
"Biz sizi sadəcə "yaşıl" deyil, həm də kommersiya baxımından dayanıqlı olacaq layihələrin yaradılmasının bir hissəsi olmağa dəvət edirik. Bu, dövlət zəmanətləri ilə təmin edilmiş, institusional kapitalın hərtərəfli yoxlanılması tələblərinə, çoxtərəfli kreditorların kredit standartlarına və özəl investorların risklər nəzərə alınmaqla gəlirlilik gözləntilərinə cavab verəcək şəkildə yaradılmış layihələrdir. Biz xüsusilə qarışıq maliyyələşdirmə və İslam maliyyələşdirməsi sahəsində alətlərin genişləndirilməsinə çağırır, sizdən vəsaitləri yalnız generasiyaya deyil, həm də bütün dəyər zəncirinə: şəbəkələrin modernləşdirilməsinə, irimiqyaslı enerji saxlama infrastrukturuna, regional enerji ötürmə dəhlizlərinə yatırmağı xahiş edirik", - H.Hüseynov vurğulayıb.
Nazir müşaviri qeyd edib ki, Azərbaycan milli inkişafın keyfiyyətcə yeni mərhələsinə - karbohidrogen ehtiyatları və ya neft gəlirləri ilə deyil, texnologiyalar, innovasiyalar və cəlb olunmuş insan kapitalı ilə müəyyən edilən bir mərhələyə qədəm qoyur.
"Biz investorlara və tərəfdaşlara sabit, proqnozlaşdırıla bilən mühit, Avropa, Asiya və Yaxın Şərq arasında strateji qarşılıqlı əlaqə, rəqabətqabiliyyətli və böyük həcmdə təmiz enerji resursları, həmçinin islahatlara və modernləşdirməyə aydın, ardıcıl sadiqlik təklif edirik. Lakin ən əsası - biz heç bir normativ aktın, zəmanətin və güzəşt paketlərinin təmin edə bilməyəcəyi bir şeyi, siyasi iradə və suveren etibarlılıq təklif edirik. Azərbaycan gələcək nəsillər üçün "yaşıl texnologiyaların", sənayenin və imkanların formalaşmasında sizin tərəfdaşınız kimi çıxış etməyə hazırdır", - H.Hüseynov əlavə edib.
Oxşar xəbərlər
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
Nazir: "Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirir"
"Technip" SOCAR ilə Azərbaycanda plastikdən bioyağ istehsalı üzrə "yaşıl layihə" hazırlayır
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
