BP rəsmisi: "Azərbaycanda növbəti nəsil mühəndislərin formalaşmasına fokuslanmışıq"
sizinxeber.az xəbər saytı

BP rəsmisi: "Azərbaycanda növbəti nəsil mühəndislərin formalaşmasına fokuslanmışıq"


BP şirkəti Azərbaycanda növbəti nəsil mühəndislərin formalaşmasına fokuslanıb.

"Report" xəbər verir ki, bunu BP-nin Transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Baıda keçirilən "Technovation" Forumunda deyib.

Onun sözlərinə görə, təxminən 8 il əvvəl şirkət ilk dəniz dronunu istifadəyə verib: "Bu gün isə həmin dron qapalı bir sahəni cəmi 45 dəqiqəyə təftiş edir. Halbuki əvvəl bu iş insanlar üçün həftələr çəkirdi. Bu, çox böyük və nəhəng bir imkandır və transformasiya addımlarından yalnız biridir".

M. Kərimova bildirib ki, robotlar artıq təhlükəli zonalara daxil olmağa hazırlaşır: "Bu onun üçün edilir ki, insanlar orada olmaq məcburiyyətində qalmasınlar. Eyni zamanda, bizim rəqəmsal əkizlərimiz mövcuddur. Biz bütün dəniz platformasını bunun üzərindən modelləşdirmişik. Mühəndislərimiz öz işlərini bu sistem üzərindən layihələndirə bilirlər. Məsələn, dənizdə hər hansı avadanlıq dəyişiklikləri etmək lazım olduqda, bunu məsafədən – iştər Bakıdakı ofisdən, istərsə də dünyanın istənilən nöqtəsindən həyata keçirmək mümkündür. Üstəlik, burada dəqiqlik millimetr səviyyəsindədir. Bu da qəbul etdiyimiz qərarların keyfiyyətinə ciddi müsbət təsir göstərir".

Lakin onun fikrincə, transformasiya yalnız texnologiya ilə bağlı deyil: "Əslində, bu, daha çox insanlarla bağlıdır və insan kapitalı ilə əlaqəlidir. Yetişdirdiyimiz istedadlar bu prosesin əsas hissəsidir. Azərbaycanda yüksək səviyyədə qeyri-adi texniki istedadlar var. Buradakı əsas fürsət isə növbəti nəsil mühəndislərin yalnız dünya səviyyəli texnologiyalardan istifadə etməsi deyil, həm də həmin texnologiyaların formalaşdırılmasında iştirak etməsidir. BP və Azərbaycan artıq bir çox sahələrdə yaxşı tərəfdaşdırlar və əməkdaşlıq edirlər".

O vurğulayıb ki, şirkətin ən çox önəm verdiyi istiqamət isə insan kapitalının inkişafıdır: "Bu regionda BP-nin rolu transformasiyanın və Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində ölkəni dəstəkləməkdir".

Oxşar xəbərlər

Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"
Azərbaycanda rəqəmsal transformasiyanın əsas şərti açıqlanıb
Nazir müavini: "SOCAR bacarıq ixrac edən şirkətə çevrilir"
Elnur Soltanov: "Şəbəkənin modernləşdirilməsi üçün 500 milyon dollar tələb olunur"
Dəyanət Sədullayev: "Qlobal dəyişikliklər fonunda korporativ dayanıqlılıq vacib əhəmiyyət kəsb edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər