İran XİN: İsrail Livana hücum etsə, ABŞ ilə razılaşma pozulacaq
İsrailin Livandakı hərbi əməliyyatları ABŞ ilə İran arasında imzalanacaq razılaşmanın pozulması demək olacaq və lazımi tədbirlər görüləcək.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Hər iki tərəf yekun razılaşma üçün 60 gün ərzində danışıqlar aparmaq barədə razılığa gəlib", - XİN-dən qeyd olunub.
Əlavə edilib ki, dəniz blokadası 30 gün ərzində dayandırılmalıdır:
"Hörmüz boğazına gəldikdə, dəniz trafikinin müəyyən edilmiş müddət ərzində normal vəziyyətə qaytarılması qərara alınıb. Bu bizim öz vəzifəmizdir və biz bunu başqa tərəflərin iştirakı və ya müdaxiləsi olmadan yerinə yetirəcəyik".
Bildirilib ki, Hörmüz boğazının idarə edilməsi mexanizminin hazırlanması üçün İran və Oman əməkdaşlıq edəcək, zərurət yarandıqda regionun digər ölkələri ilə fikir mübadiləsi aparılaq.
Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, memorandum İran və ABŞ prezidentləri tərəfindən imzalana bilər.
Oxşar xəbərlər
Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək
Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb
İran ABŞ ilə danışıqlarda Omanı vasitəçi kimi görür
Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil
İran XİN: Livanda atəşkəs olmadan ABŞ-la razılaşma mümkün deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
