Prezident: TRIPP-i regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük
sizinxeber.az xəbər saytı

Prezident: TRIPP-i regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük


Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük.

"Sizinxeber.az" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubunda yer alıb.

"Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülhquruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük", - İlham Əliyev qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Orta Dəhlizin bir hissəsi olacaq TRIPP-i regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük
İlham Əliyev: "Azərbaycan TRIPP marşrutunun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib"
Dövlət Departamenti: TRIPP ABŞ üçün prioritetlərdən biri olaraq qalır
Aİ və Ermənistan arasında TRIPP layihəsi ilə bağlı birgə bəyannamə imzalanıb
Sülhün praktik faydalarını görürük - İlham Əliyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər