Madonna Qəzza ilə bağlı Papaya müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
avq
2025
07:50

Madonna Qəzza ilə bağlı Papaya müraciət edib

12 avq, 2025
07:50
339

Madonna Qəzza ilə bağlı Papaya müraciət edib

Amerikalı müğənni Madonna Qəzzada uşaqların üzləşdiyi humanitar böhran səbəbilə katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leonu bölgəyə səfərə çağırıb.

Sizinxeber.az xəbər verir ki, Madonna bu haqda öz “X” hesabında paylaşım edib.

"Siyasət dəyişiklik yarada bilməz, ancaq maarifləndirmə dəyişiklik yarada bilər" başlıqlı paylaşımı ilə Papaya müraciət edən Madonna Papanın Qəzzaya girişinin qarşısının alına bilməyəcəyini vurğulayaraq bunları deyib: "Lütfən, gec olmadan Qəzzəyə gedin və işığınızı uşaqlara çatdırın. Mən bir ana olaraq onların əziyyət çəkməsinə dözə bilmirəm. Dünyanın uşaqları hamımızındır. Humanitar yardımın qapıları tam açılmalı və günahsız uşaqlar xilas edilməlidir. Vaxt qalmayıb, lütfən, gedəcəyinizi söyləyin".

Oğlu Rokkonun doğum günü olduğunu qeyd edən Madonna, müraciətiə bunları əlavə edib: "Bir ana olaraq ona verə biləcəyim ən yaxşı hədiyyə münaqişənin ortasında qalan günahsız uşaqları xilas etmək üçün hər kəsin əlindən gələni etməsini istəməyimdir. Hər kəs əziyyət çəkir. Mənim yeganə məqsədim bu uşaqların acından ölməsinin qarşısını almaqdır."

Bizimlə əlaqə saxlayın