Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib
sizinxeber.az xəbər saytı

Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib


HAMAS və İsrail arasında Qəzza zolağındakı münaqişənin nizamlanması ilə bağlı aparılan dolayı danışıqlar dalana dirənib.

APA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Madriddə keçirilən və Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş nazirlər toplantısında çıxışı zamanı deyib.

“Biz münaqişənin həlli üçün müxtəlif yaradıcı yanaşmalar axtarırıq, lakin indiyə qədər heç biri nəticə verməyib”, – hökumət başçısı vurğulayıb.

Əl Taninin sözlərinə görə, İsrail Qəzzaya humanitar yardımın çatdırılması məsələsini danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir:

“Misirlə birlikdə vasitəçilik səyləri çərçivəsində biz atəşkəsə dair danışıqlar aparılan dövrdə Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyə çalışdıq. Təəssüf ki, İsrail humanitar yardımı bu danışıqlarda təzyiq alətinə çevirib”, – deyə Qətər Baş naziri qeyd edib.

Oxşar xəbərlər

Qətərin Baş naziri: İsrail-HAMAS danışıqlarının gələcəyi sual altındadır
HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək
Qətərin Baş naziri: Dohada Qəzza üzrə danışıqlar hələ ki heç bir nəticə verməyib
Qətər XİN: İsrail Qəzzaya dair razılaşmanın əldə olunmasına maneə törədir
HAMAS və ABŞ Qəzza ilə bağlı birbaşa danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle