Papa Fransisk Azərbaycanla Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlməsindən danışıb
Bu gün günorta saatlarında xəstəxanadan buraxılan Papa Fransisk müalicə aldığı xəstəxananın eyvanından insanlara müraciət edib.
APA xəbər verir ki, bu haqda məlumat Vatikanın rəsmi saytında dərc olunub.
Roma Papası çıxışı zamanı dünyanın bir sıra bölgələrində baş verən mühüm hadisələrə toxunub.
Papa Fransisk Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlmiş səylərə görə minnətdarlığını bildirib və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayıb.
“Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər. Ümid edirəm ki, o, tezliklə imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək”, o bildirib.
İsrailin Qəzzada çoxlu sayda insanın ölümü və yaralanmasına səbəb olan intensiv bombardmanlarının yenidən başlamasından kədərləndiyini vurğulayan Papa bunları deyib:
“Gəlin müharibələrin sona çatması və sülh üçün, xüsusən də uzun müddət əziyyət çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Myanma, Sudan və Konqo Demokratik Respublikasında birlikdə dua edək.”.
Oxşar xəbərlər
Papa Fransisk xristian ölkə liderlərinə müraciət edib
Papa Fransisk Qəzzayla bağlı çağırış edib
Roma Papası Türkiyəyə səfər edəcək
Papa Fransisk pontifikliyinin ən uzunmüddətli səyahətinə çıxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
