Venesuelanın vitse-prezidenti Maduronu azad etmək üçün komissiya yaratdı
sizinxeber.az xəbər saytı

Venesuelanın vitse-prezidenti Maduronu azad etmək üçün komissiya yaratdı


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges Prezident Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi azad etmək üçün komissiya yaradıb.

Oxu.Az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, xanım Rodriges komissiya sədrliyinə qardaşı, Milli Assambleyanın prezidenti Xorxe Rodrigesin və xarici işlər naziri İvan Pinto Hiyunun namizədliyini irəli sürüb. Onlar həmsədr təyin ediliblər. İnformasiya naziri Alfredo Nazaret Nanyes də yeni komissiyaya daxil ediləcək.

Yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ qüvvələri tərəfindən ölkədən qaçırılmasından sonra Ali Məhkəmə vitse-prezident Delsi Rodrigesi müvəqqəti dövlət başçısı təyin edib.

Oxşar xəbərlər

Venesuelanın vitse-prezidenti Trampa cavab verdi
Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib
ABŞ Nikolas Maduronun həbsi üçün 25 milyon dollar mükafat təyin edib
Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Venesuelada konstitusiya islahatları aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər