Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək
sizinxeber.az xəbər saytı

Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək


Azərbaycanda yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsində qeyd olunur.

Vurğulanıb ki, Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin tərkibi 4 üzvdən – rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.

Oxşar xəbərlər

Azərbaycan Biznesinin İnkişafı Fondunun idarəetmə orqanları məlum olub
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər