Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır
sizinxeber.az xəbər saytı

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır


Hazırda, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır.

Sizinxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirdə deyib.

Nazir bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında ekoloji bərpa prosesinin dəstəklənməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramından (UNEP) ekspert dəstəyi alıb: "Bu dəstəyə görə təşkilata minnətdarlığımızı bildiririk”.

Diqqətə çatdırılıb ki, son 20 il ərzində təkcə Bakı şəhərində 100-dən çox park və yaşıllıq zonası salınıb, ekoloji tarazlığın qorunması və vətəndaşların daha sağlam mühitdə yaşaması istiqamətində genişmiqyaslı layihələr icra olunub: “Son illərin uğurları kimi, Axar-Baxar və İlisu Milli Parklarının yaradılması ilə mühafizə olunan ərazilər şəbəkəsinin ölkə ərazisi miqyasında 10%-dən çox genişləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurda yeni milli parkların yaradılması işlərinə başlanılmasını göstərmək olar. Bu prosesdə qeyri-hökumət təşkilatlarının da əhəmiyyətli töhfəsi olub. Ekoloji təşəbbüslər, o cümlədən biomüxtəlifliyin qorunması, nəsli kəsilməkdə olan növlərin tarixi areallara qaytarılması və bərpası üzrə IDEA İctimai Birliyinin və ekokönüllülərin dəstəyi ilə həyata keçirilənlayihələr mühüm nəticələr verib. Bu gün ətraf mühit gününü təntənəli qeyd edirik. Üzləşdiyimiz ekoloji problemlər diqqət mərkəzində saxlanılmalıdır".

Oxşar xəbərlər

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır
Nazir: 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib
Rəşad İsmayılov: Azərbaycanda ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı layihələr icra olunur
Nazir müavini: İşğal dövründə 52 faydalı qazıntı yatağı ekoloji normalardan kənar istismar olunub
Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər