Venesuelada konstitusiya islahatları aparılacaq
sizinxeber.az xəbər saytı

Venesuelada konstitusiya islahatları aparılacaq


Venesuelada 2025-ci ildə ölkədə siyasi və ictimai həyatı demokratikləşdirmək üçün konstitusiya islahatları aparılacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro Milli Assambleyanın (parlament) rəhbərliyi ilə görüşündə bildirib.

Maduro vurğulayıb ki, yanvarın 10-da parlamentdə and içdikdən sonra imzalayacağı ilk sənəd Venesuelanın bütün siyasi, iqtisadi və sosial sektorlarının iştirakı ilə konstitusiya islahatları aparmaq üçün geniş milli və beynəlxalq komissiya yaratmaq fərmanı olacaq.

Prezident qeyd edib ki, konstitusiya islahatının məqsədi Venesuelanın növbəti 30 il üçün aydın inkişafı modelini hazırlamaq, ölkədə siyasi və sosial həyatın tam demokratikləşdirilməsidir.

Onun sözlərinə görə, islahat həqiqətən demokratik, xalq dövləti yaratmaq üçün nəzərdə tutulub.

Venesuela prezidenti Nikolas Maduro 2024-cü il iyulun 28-də keçirilən prezident seçkilərində seçicilərin 51,95 faizinin dəstəyini qazanaraq qalib gəlib. O, Karakasda Federal Qanunvericilik Sarayında and içəcək, onun üçüncü prezidentlik müddəti yanvarın 10-da başlayacaq.

Oxşar xəbərlər

Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ 16 Venesuela məmuruna qarşı sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela “X”ə məhdudiyyət qoyur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro: Sülh naminə yürüş və nümayişlər Venesuelanın qələbəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər