Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Venesuela Milli Assambleyasının (Parlament) sədri Xorxe Rodriges ölkə başçısı Nikolas Maduronu yanvarın 10-da üçüncü prezidentlik müddətinə başlamağa dəvət edib.
Sizinxeber.az xəbər verir ki, Rodriges bunu parlamentin yanvarın 5-də keçirilən birinci iclasından sonra “Venezolana de Television” telekanalının canlı efirində deyib.
“28 iyul 2024-cü ildə yenidən Venesuela Bolivar Respublikasının Prezidenti seçilən Nikolas Maduro Morosun 2025-ci il yanvarın 10-da vəzifəyə başlaması üçün dəvəti təsdiq edirik”, - deyə o bildirib.
Qeyd edək ki, ötən ilin iyul ayının 28-də Venesuelada seçkilər keçirilib və seçkilərdə hazırkı dövlət başçısı Nikolas Maduro qalib gəlib. Seçicilərin 51,95 faizi ona səs verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib
Maduro prezident seçkilərində qalib gəlib - YENİLƏNİB
Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib
Venesuela bəzi ölkələrdəki səfirlərini geri çağırıb
Maduro: Qonzales özünü Venesuela lideri elan etməkdən qorxurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













