Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
sizinxeber.az xəbər saytı

Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib, Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.

"Report" xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Vilnüsdəki siyasi məsləhətləşmələr iki ölkənin xarici işlər nazirlərinin müavinləri Audra Plepite və Fariz Rzayevin iştirakı ilə baş tutub.

Məlumata görə, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, o cümlədən siyasi, iqtisadi, mədəni və təhsil əlaqələrinin inkişafı, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Avropada və Cənubi Qafqazda geosiyasi vəziyyətə, habelə Azərbaycanın regional proseslərdəki roluna xüsusi diqqət yetirilib.

Litva tərəfi Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi alqışlayaraq, regionda uzunmüddətli sabitliyə töhfə verəcək sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

A. Plepite həmçinin Azərbaycanın energetika sahəsində Ukraynaya yardımını qeyd edərək, Kiyevə ardıcıl və uzunmüddətli dəstəyin həm onun suverenliyi və ərazi bütövlüyünün qorunması, həm də Avropanın təhlükəsizliyi və sabitliyinin təmin edilməsi üçün zəruri olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Ermənistan, Fransa və Litva İrəvan-Bakı normallaşma prosesini müzakirə edib
Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər