Xəzər dənizi ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, İran vətəndaşları saxlanılıb
sizinxeber.az xəbər saytı

Xəzər dənizi ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, İran vətəndaşları saxlanılıb


Xəzər dənizi vasitəsi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İrana məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər

Xəzərdə Azərbaycana qayıqla narkotik keçirilməsinin qarşısı alınıb, 3 İran vətəndaşı saxlanılıb - FOTO
İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər