İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınmış, bir nəfər saxlanılıb.
Belə ki, mart ayının 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini - 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılmış, mart ayının 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İrandan Azərbaycana 10 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












