Tramp Milli Kəşfiyyat rəhbərinə əməkdaşların ixtisarına başlamağı tapşırıb
sizinxeber.az xəbər saytı

Tramp Milli Kəşfiyyat rəhbərinə əməkdaşların ixtisarına başlamağı tapşırıb


ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın əməkdaşlarının sayının ixtisarı prosesinə başlamağı tapşırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

"Mən bu strukturu daha kiçik görmək istərdim. Düşünürəm ki, orada olmamalı olan çox insan var", - Tramp bildirib.

Nəşrin məlumatına görə, ABŞ prezidenti hesab edir ki, 18 kəşfiyyat qurumuna və bölməsinə nəzarət edən struktur həddindən artıq böyükdür. O həmçinin bildirib ki, Milli Kəşfiyyatın icraçı direktoru Bill Pultə personalın ixtisarı üzrə müvafiq tədbirlərə başlamağı tapşırıb.

Mümkün ixtisarlarla bağlı sualı cavablandıran Tramp bildirib ki, bu prosesin başlanmasını istəyir. O, həmçinin qurumun roluna bütövlükdə yenidən baxılması ehtimalını da istisna etməyib.

"Biz Təhsil Nazirliyini xeyli kiçiltdik və bu struktur da əhəmiyyətli dərəcədə kiçilməlidir. Bəlkə də onu ümumiyyətlə ləğv etmək lazımdır və biz bu qərarı verəcəyik", - ABŞ prezidenti əlavə edib.

Oxşar xəbərlər

ABŞ əhalisi siyahıya alınacaq
KİV: Tramp İrana qarşı uzunmüddətli blokadaya hazırlaşmağı tapşırıb
Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Uilyam Poltini təyin edib
KİV: Tramp İrana qarşı uzunmüddətli blokadaya hazırlamağı tapşırıb
Tramp: ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni direktor axtarışını davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər