Xəzərdə Azərbaycana qayıqla narkotik keçirilməsinin qarşısı alınıb, 3 İran vətəndaşı saxlanılıb - FOTO
Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularını qanunsuz keçən şəxslər saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
May ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Oxşar xəbərlər
Xəzərdə külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO - VİDEO
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Xəzərdə balıqçılarda 10 kq narkotik aşkarlanıb - FOTO
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
-
ABŞ İranın radar qurğularına zərbələr endirib
