Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Abu Dabidə keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında iştirak edir.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də stendlə təmsil olunur.
Baş direktor Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də digər ölkələrə məxsus şirkətlərin stendlərində nümayiş olunan müasir silah və texnika nümunələri ilə tanış olub.
Sərgi çərçivəsində A.Qurbanov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, İtaliya müdafiə naziri Quido Krosetto, Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet, eləcə də dünyanın bir neçə aparıcı şirkətlərinin rəhbər heyətləri ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılış mərasimində iştirak edib
Müdafiə Nazirliyinin baş direktoru Abu Dabidə IDEX sərgisində iştirak edir, görüşlər keçirir
Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir
“ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılışı olub, MN rəhbərliyi mərasimdə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












