Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərin məzarlarını ziyarət edib
sizinxeber.az xəbər saytı

Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərin məzarlarını ziyarət edib


Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu noyabrın 7-də Zəfər günü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət edib.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə qızılgül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzüb, xatirəsini hörmətlə anıb.
Sonra Şəhidlər xiyabanı ziyarət olunaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri qoyulub.

Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət İkinci Şəhidlər xiyabanına gəlib.

Burada hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək ruhları dərin hörmət və ehtiramla anılıb.
Şəhid ailələri və yaxınları ilə görüşərək çay süfrəsi arxasında səmimi söhbət aparan müdafiə naziri general-polkovnik Zakir Həsənov onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər

Türkiyə Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Avropa Paralimpiya Komitəsinin prezidenti Azərbaycana səfər edib
SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle