Qızıl kreditini bu banka gətirənlərə endirim var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
20:00
ff aaaaaaa

Qızıl kreditini bu banka gətirənlərə endirim var

08 in, 2026
20:00
989

Qızıl kreditini bu banka gətirənlərə endirim var

"Expressbank" ASC qızıl təminatlı istehlak kreditləri üzrə yeni kampaniya təqdim edir.

Kampaniya çərçivəsində digər banklarda qızıl təminatı ilə götürülmüş kreditini "Expressbank"a köçürən müştərilər 3 %-dək endirim əldə edirlər.

Yeni kampaniya müştərilərə mövcud kredit öhdəliklərini daha sərfəli şərtlərlə idarə etmək, aylıq ödəniş yükünün optimallaşdırılmasına dəstək olmaq və ümumi maliyyə planlamasını daha rahat şəkildə qurmaq imkanı yaradır.

100 000 manatadək qızıl təminatlı istehlak krediti üzrə illik faiz dərəcəsi 18 %-dən başlayaraq 38 %-dək, FİFD isə 18 %-dən 39,8 %-dək dəyişir. Kreditlər üzrə komissiya haqqı 0 %-dən 3 %-dək aralıqda müəyyən olunur. Kreditin müddəti 3 aydan 48 ayadəkdir.

Qeyd edək ki, "Expressbank" 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə bağlı sizə ən yaxın filialdan, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin!

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul