Fabio Qrosso "Fiorentina"nın baş məşqçisi təyin edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
20:30
ff aaaaaaa

Fabio Qrosso "Fiorentina"nın baş məşqçisi təyin edilib

08 in, 2026
20:30
939

Fabio Qrosso "Fiorentina"nın baş məşqçisi təyin edilib

"Fiorentina" Fabio Qrossonu komandanın baş məşqçisi təyin edib.

"Report" xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytındakı məlumatda deyilir.

Qeyd olunur ki, mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

"Biz Fabio Qrossonu "Fiorentina"da salamlamaqdan çox şadıq. Fabio təkcə dünya çempionu deyil, o, komandalara rəhbərlik etmək və mühüm tapşırıqların öhdəsindən gəlmək bacarığını nümayiş etdirərək, gərgin əmək, ideyalar və nəticələrlə öz yolunu açan bir məşqçidir. Çətin bir mövsümdən sonra biz enerji, ambisiyalar və məsuliyyətlə yeni bir səhifə açmaq istəyirik", - klubun prezidenti Cüzeppe Komisso bildirib.

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən "Fiorentina" A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul