Tehran ABŞ-ni İranın futbol yığmasına viza verilməsində ayrı-seçkilikdə ittiham edib
sizinxeber.az xəbər saytı

Tehran ABŞ-ni İranın futbol yığmasına viza verilməsində ayrı-seçkilikdə ittiham edib


İran ABŞ-ni futbol üzrə Dünya Çempionatına yollanan İran nümayəndə heyətinin bəzi üzvlərinə viza verməkdən imtina etdiyinə görə "ayrı-seçkilik münasibətində" ittiham edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İranın Türkiyədəki səfirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Niyə siz milli futbol komandasının ayrılmaz hissəsi olan rəhbər heyətin, texniki məsləhətçilərin və digər şəxslərin əhəmiyyətli bir qisminə viza verilməsindən imtina olunduğundan bəhs etmirsiniz?", - səfirlikdən ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın İran yığmasının oyunçularına viza verildiyi barədə açıqlamasına cavab olaraq bildirilib.

İranın diplomatik nümayəndəliyindən qeyd edilib ki, bu cür vəziyyət ölkənin milli yığmasına qarşı ayrı-seçkilik münasibətini nümayiş etdirir.

Daha əvvəl bildirilmişdi ki, İranın futbol yığmasının üzvlərinə bu həftə vizalar verilib. Prosedur komanda üzvlərinin şəxsən iştirakı olmadan Meksikanın Türkiyədəki səfirliyində həyata keçirilib.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə çıxış edir.

Oxşar xəbərlər

İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
Peskov Fransanın jurnalistlərə viza verməməsini ayrı-seçkilik adlandırıb
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
Pakistanın daxili işlər naziri bu gün Tehrana səfər edəcək
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər