Filippində binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb
sizinxeber.az xəbər saytı

Filippində binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb


Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "GMA news" portalı məlumat yayıb.

Bildirilib ki, bu gün dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb.

Filippin Əmək və Məşğulluq Nazirliyi tikinti meydançasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının mümkün pozuntuları barədə bəyanat verib.

Ümumilikdə 27 nəfər xilas edilib.

Qeyd edək ki, bina mayın 24-nə keçən gecə çöküb.

Oxşar xəbərlər

Filippində binanın uçması nəticəsində onlarla insan dağıntılar altında qalıb
Mərakeşdə binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb
Banqkokda binanın çökməsi nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər