Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir
26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir.
"Report"un Xankəndi şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb.
Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir.
Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər.
Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.
Oxşar xəbərlər
Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək
Sabah Xankəndidə Zəfər paradı keçiriləcək
Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir - FOTO - VİDEO
“Xankəndi” FK Region Liqasının qalibi olub
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













