Monteneqroda Aİ-Qərbi Balkan Sammiti ərəfəsində mədəni proqramlar təşkil olunub
Monteneqronun Tivat şəhərində Avropa İttifaqı (Aİ)-Qərbi Balkan ölkələri Sammiti ərəfəsində ziyarətçilər üçün bir sıra mədəni proqramlar təşkil olunub.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, iyunun 2-dən 7-dək davam edən proqram çərçivəsində Tivat Muzeyi və Qalereyası ziyarətçilər üçün açıq olması nəzərdə tutulub.
Bununla yanaşı, iyunun 3-4-də şəhərin sahilyanı "Pine" meydanında Aİ stendlərinin sərgisi keçirilib.
İştirakçılar sərgidə nəqliyyat, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahələrində Avropa İttifaqının dəstək proqramları, o cümlədən IPARD layihələri barədə məlumat əldə ediblər. Həmçinin ətraf mühitin qorunması və davamlı inkişafın təşviqinə yönəlmiş "Qoru ki, səni qorusun" ekoloji kampaniyası təqdim olunub.
İyunun 4-də akkreditə olunmuş media nümayəndələri üçün Tivat şəhərinə bələdçi ilə ekskursiya təşkil olunub. Tur çərçivəsində iştirakçılar Böyük Şəhər Parkını, Tivat Muzeyi və Qalereyasını ziyarət ediblər, yerli təamların dadına baxıblar.
Günün axşam proqramı "Pine" meydanında musiqi və folklor çıxışları ilə davam edib. Tədbirdə "Belezza" və "Jadran" klapaları, Tivat Musiqi-Maarif Cəmiyyəti, "Boka" mədəniyyət-bədii cəmiyyəti və Tivat Musiqi Məktəbinin orkestri çıxış ediblər.
Qeyd edək ki, Avropa İttifaqı–Qərbi Balkanlar Sammiti iyunun 5-də Tivatda keçiriləcək. Sammit çərçivəsində region ölkələrinin liderləri və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulur.
Oxşar xəbərlər
Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib
Almaniyada Berlin prosesinin 10-cu sammiti keçiriləcək
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
KİV: “G7” sammiti iyunun 16-da baş tutacaq
Antonio Kosta: Balkan ölkələri Aİ-yə üzvlük yolunda düzgün istiqamətdə irəliləyirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
