Xankəndidə 1300 abonentə təbii qaz verilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi artıq Xankəndi şəhərində 1 300 abonent təbii qazla təmin edilib, 15 sənaye obyektinə təbii qaz verilib.
“Report” Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir. Şəhərin təbii qaza olan tələbatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır.
İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Böyük qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.
Oxşar xəbərlər
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir - VİDEO
“Azəriqaz” Xocalının qaz infrastrukturunu yenidən qurur
Xankəndidə ilk mərhələdə 170 abonent “mavi yanacaq”la təmin edilib
Xankəndi, Xocalı və Ağdərəyə 30 milyon manat investisiya qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













