Dövlət katibinin köməkçisi: “Tramp Marşrutu” ilə Azərbaycana mövqeyini daha da gücləndirməkdə dəstək verə biləcəyik
sizinxeber.az xəbər saytı

Dövlət katibinin köməkçisi: “Tramp Marşrutu” ilə Azərbaycana mövqeyini daha da gücləndirməkdə dəstək verə biləcəyik


Bakıda keçirilən birinci İqtisadi Dialoq çərçivəsində ABŞ-ın Azərbaycanda enerji sektoruna investisiyalarını artırmaq və enerji infrastrukturu layihələrində iştirakını genişləndirmək planları müzakirə olunub.

APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, iqtisadi dialoqun əsas məqsədi tərəflərin iqtisadi təkliflərini bir araya gətirmək, onların icrası üçün konkret fəaliyyət planı hazırlamaq və real nəticələr əldə etməkdir: “Biz enerji sektoruna konkret investisiyalar yatırmağı planlaşdırırıq. Bu iqtisadi dialoqun məqsədi iqtisadi təkliflərimizi bir araya gətirmək, onların həyata keçirilməsi üçün plan hazırlamaq və real nəticələr əldə etməkdir. Çünki nəticə etibarilə sülh ortaq iqtisadi rifah maraqları üzərində qurulur”.

Kaleb Orr vurğulayıb ki, hazırda üzərində işlənən bir sıra təşəbbüslər mövcuddur və enerji sektoru artıq ABŞ investisiyalarını cəlb edən əsas istiqamətlərdən biridir.

Onun sözlərinə görə, “Bakı Enerji Həftəsi” çərçivəsində ABŞ-ın aparıcı enerji şirkətləri ilə görüşlər keçirilib: “Ötən il “Bakı Enerji Həftəsi”ndə “ExxonMobil” Azərbaycanda yeni kəşfiyyat işləri ilə bağlı Anlaşma Memorandumu imzalayıb və biz bu təşəbbüsü dəstəkləyirik. “ExxonMobil” Azərbaycanda enerji tranziti üzrə bir sıra mühüm infrastruktur layihələrinin səhmdarlarından biridir. “Chevron” isə dünən “Bakı Enerji Həftəsi”ndə yeni tədqiqat sazişi imzalayıb və biz bu konkret layihələrin irəliləməsini dəstəkləyirik”.

Kaleb Orr qeyd edib ki, ABŞ daha geniş mənada Azərbaycanın qurduğu boru kəmərləri və digər enerji infrastrukturu layihələrində daha böyük rol oynamaqda maraqlıdır. “Biz hesab edirik ki, ABŞ Prezidentinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsü çərçivəsində Azərbaycana Avropaya və dünyanın digər regionlarına enerji daşınmasını təmin edən Orta Dəhlizin əsas qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirməkdə dəstək verə biləcəyik”.

O bildirib ki, Azərbaycan hazırda dünya üçün strateji əhəmiyyət daşıyan mühüm enerji istehsalçılarından biridir və Vaşinqton Bakı ilə əməkdaşlığın yaxın illərdə daha da genişlənəcəyinə inanır.

“ABŞ bu tərəfdaşlıqdan ciddi fayda əldə edir və qarşıdakı illərdə münasibətlərimizin əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyirik”, – Kaleb Orr əlavə edib.

Oxşar xəbərlər

ABŞ Dövlət Departamenti: Azərbaycan ABŞ-də enerji sektoruna investisiyaları artıra bilər
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə TRIPP-in icrasını müzakirə edib
Ceyhun Bayramov ABŞ nümayəndə heyəti ilə iqtisadi və enerji əməkdaşlığını müzakirə edib - FOTO
Kaleb Orr: Vaşinqton Bakı ilə enerji tərəfdaşlığının genişləndirilməsinə ümid edir
Azərbaycanla ABŞ-ın imzaladığı 8 mlrd. dollarlıq sazişlərin hansı sahələri əhatə etdiyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər