Elşad Quliyev: "Belə çempionluq məni ikiqat sevindirir"
sizinxeber.az xəbər saytı

Elşad Quliyev: "Belə çempionluq məni ikiqat sevindirir"


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ağır qrafiklə oynayıb.

"Sizinxeber.az"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.

Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatında Ukraynanı məğlub etdikləri (2:0) final oyunundan sonra fikirlərini bölüşüb:

"Möhtəşəm turnir keçirildi. Avropa Minifutbol Federasiyasını təbrik edirəm. Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibəti ilə təbrik edirəm. Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".

E.Quliyev Ukrayna millisinin də yaxşı heyətinin olduğunu əlavə edib:

"Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq. Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".

Qeyd edək ki, Azərbaycanın minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik"
Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər