Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
22 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə, regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.
Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkmənistan xarici işlər naziri ilə telefon danışığı aparıb
Azərbaycan - Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan-Türkmənistan əməkdaşlığının hazırki vəziyyəti müzakirə olunub
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Azərbaycan və İraq arasında beynəlxalq platformalarda da öz əksini tapan tarixi dostluq var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
