Azərbaycan millisinin baş məşqçisi Belarusla yolaşlıq matçlarını dəyərləndirib
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi Belarusla yolaşlıq matçlarını dəyərləndirib


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Belarus yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan (0:2) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik. Belə hazırlıqlar millimiz üçün çox önəmlidir. Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı. Belarus yığması ilə keçirdiyimiz ikinci yoldaşlıq oyununda səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik. Fikrimcə, ikinci oyunda daha yaxşı çıxış etdik. Xüsusən də, birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək, ikinci dəfə fərqləndi. Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq”.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi: "Yığmanın heyətində özünü yaxşı tərəfdən göstərən futbolçular oldu"
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub
Azərbaycan millisi Belarusda ikinci yoldaşlıq görüşünü keçirib
Azərbaycan yığmasının baş məşqçisi: “Monteneqro ilə oyunda qələbəyə layiq idik”
Azərbaycan millisinin baş məşqçisi: İspaniyada oynayan futbolçuları toplanışa dəvət edə bilmədik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər