Tahir Baxşıyev: Azərbaycan Kuboku kolleksiyamızda ən vacib yeri tutacaq
sizinxeber.az xəbər saytı

Tahir Baxşıyev: Azərbaycan Kuboku kolleksiyamızda ən vacib yeri tutacaq


“NTD-nin çoxlu çempionluqları olub, amma bu kubok kolleksiyamızda ən vacib yeri tutacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalında “Gəncə”yə qalib gələn “NTD” komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qələbəni şərh edib:

“Mövsüm çətin keçir. Murad Babayevin kubokda olmaması təsirini göstərdi. Rotasiya etmək məcburiyyətində qaldıq. Gənc oyunçular yaxşı oynadılar, xüsusilə Oğuzxan Quliyev. O, etimadı doğrultdu. Hüseyn Məmmədov da “Neftçi”yə qarşı yarımfinalda pis oynamadı. Bütün komandanı təbrik edirəm. Biz bu qələbəyə doğru gedirdik. Bütün komanda bir məqsəd üçün çalışanda heç bir maneə olmur. İndi bunu qəbul edib hiss etməli və sonra çempionata hazırlaşmalıyıq”.

T. Baxşıyev daha əvvəl də Azərbaycan Kubokunda qələbəyə yaxın olduqlarını vurğulayıb:

“Federasiyaya lazımi şəraiti yaratdığı üçün təşəkkür edirəm. 2 il əvvəl finalda uduzduq. Keçən il yarımfinalda məğlub olduq. İndi isə qalib gəldik. Bütün komandanı təbrik edirəm”.

Oxşar xəbərlər

Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"
Tahir Baxşıyev: "Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik"
NTD klubunun baş məşqçisi: "Öz üzərimizdə işləməyə davam etməliyik"
NTD-nin baş məşqçisi: "Gələcəkdə bizi daha çox qələbələr gözləyir"
NTD-nin baş məşqçisi: "Ən yaxşı oyunlarımız hələ qabaqdadır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər